Ceyhun Bayramov və Sergey Lavrovun təkbətək görüşü başladı
11:20 / 11.05.2021
1870
Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında təkbətək görüş başlayıb.
Sfera.az xəbər verir ki, görüş zamanı nazirlər ikitərəfli əməkdaşlığın inkişafını, o cümlədən Qarabağda atəşkəs barədə üçtərəfli bəyanatın imzalanmasından sonra əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər.