Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək

"Bu ilin yazında növbəti Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək”.

 

APA-nın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, forumda Aİ ölkələrinin biznesi üçün imkanlar və çətinliklər müzakirə ediləcək.

 

"Forum Bakıda keçiriləcək. Bu tədbirdə ötənilki forumda miqrasiya siyasəti, gömrük sahələrində diqqətə çatdırılan problemlərin həll olunduğunu görməyə ümid edirik. Çünki əvvəlki forum ölkədə həyata keçirilmiş islahatlardan əvvəl baş vermişdi”, - deyə səfir vurğulayıb.


OXŞAR XƏBƏRLƏR