Bakıda avtomobil oğurluğunda şübhəli bilinən şəxs ələ keçdi

Bakıda avtomobil oğurluğunda şübhəli bilinən şəxs ələ keçdi

Bakıda maşın oğurlanıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, dekabrın 30-da Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsi ərazisindən qəsəbə sakini V.Alıyevə məxsus "Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Nəticədə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Səfərov Binə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun dekabrın 22-də M.Mehralıyevə məxsus "İnfiniti” markalı avtomobili qaçırması da müəyyən edilib.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

 

OXŞAR XƏBƏRLƏR