Bakıda avtobuslar toqquşdu, yaralı var - VİDEO
19:31 / 17.01.2022
1599
Bakıda 133 və 165 nömrəli marşrut avtobusları toqquşub.
Sfera.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya daşıyıcı şirkət olan "Çinar Trans” MMC-dən məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində bir nəfər xəsarət alıb.
Qeyd edək ki, hər iki xətt 133 və 165 "Çinar Trans" MMC-nin müvəqqəti istismarında olan xətdir.
Hadisə yerindən görüntüləri jurnalist Əzizə İsmayılova paylaşıb: