Bakıda dəhşətli avtobus qəzası: 6 nəfər yaralandı

Bakıda dəhşətli avtobus qəzası: 6 nəfər yaralandı

Bakının Suraxanı rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, qəza "Əfsun” şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Qəza nəticəsindən xəsarət alanlar olub.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə dörd təcili tibbi yardım maşını cəlb edilib.

Qəzadan ikisi azyaşlı olmaqla, altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Onlara lazım olan yardım göstərilib, müalicələri davam etdirilir. (oxu.az)


OXŞAR XƏBƏRLƏR