No Image
No Image

Bakıda aptekdə quldurluq edən şəxslər saxlanıldı - VİDEO

Bakıda aptekdə quldurluq edən şəxslər saxlanıldı - VİDEO
 Sabunçu rayonu Bakıxanov qəsəbəsində quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, naməlum şəxs qəsəbə ərazisində yerləşən apteklərdən birinə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib obyektin kassasından 480 manat pulu talamaqla quldurluq edib.

Zərərçəkən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Orxan Şahbazov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib və hadisə zamanı istifadə etdiyi kəsici aləti polis əməkdaşlarına təhvil verib.

Qeyd edək ki, Orxan Şahbazovun aptekdə törətdiyi quldurluq cinayəti obyektin kameraları tərəfindən də lentə alınıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində isə Zabrat və ətraf qəsəbələrdə cari ilin fevral-aprel ayları ərzində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Mailov saxlanılıb.

Bu şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, E.Mailov qeyd edilən müddət ərzində təkcə Sabunçu rayonunda 6 mənzildən və 2 zərgərlik məmulatlarının satıldığı obyektdən soyğunçuluq, eləcə də, oğurluq cinayətləri törədib. Araşdırma zamanı onun əsasən qızıl-zinət əşyaları ələ keçirdiyi məlum olub. E.Mailov zərərçəkənlərə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurub.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Orxan Şahbazov və Elşən Mailov barəsində istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis bölmələrinə, habelə DİN-in "102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Məktəb direktoru katibənin maaşını mənimsədi

Cəbrayıl Peşə Məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Sfera.az-a ...

Hacı Məhərrəmin kürəkənini hansı cəza gözləyir? - 4 nəfər həlak olub...

Novxanı-Sumqayıt yolunda "Qurtuluş 93" yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kərbalayevin ”Range-Rover" markalı maşınla ağır qəza törət...

Bakıda marketdə ana və qızı döyüldü

Bakıda fəaliyyət göstərən marketlərin birində ana və qızı naməlum şəxs tərəfindən döyülüb. Sfera.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə...

Bakıda çimərlikdə kütləvi dava: bıçaqlananlar var

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. 1988-ci il təvəllüdlü Mahm...

Bakı bulvarında həyəcanlı anlar - Bir nəfər öldü

Bakı bulvarında intihar hadisəsi olub. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN B...

Sumqayıtda evə silahlı basqın edildi

Sumqayıtda evə silahlı basqın edilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə iyunun 12-də saat 5 radələ...