Bakıda aptekdə quldurluq edən şəxslər saxlanıldı - VİDEO

Bakıda aptekdə quldurluq edən şəxslər saxlanıldı - VİDEO
 Sabunçu rayonu Bakıxanov qəsəbəsində quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, naməlum şəxs qəsəbə ərazisində yerləşən apteklərdən birinə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib obyektin kassasından 480 manat pulu talamaqla quldurluq edib.

Zərərçəkən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Orxan Şahbazov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib və hadisə zamanı istifadə etdiyi kəsici aləti polis əməkdaşlarına təhvil verib.

Qeyd edək ki, Orxan Şahbazovun aptekdə törətdiyi quldurluq cinayəti obyektin kameraları tərəfindən də lentə alınıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində isə Zabrat və ətraf qəsəbələrdə cari ilin fevral-aprel ayları ərzində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Mailov saxlanılıb.

Bu şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, E.Mailov qeyd edilən müddət ərzində təkcə Sabunçu rayonunda 6 mənzildən və 2 zərgərlik məmulatlarının satıldığı obyektdən soyğunçuluq, eləcə də, oğurluq cinayətləri törədib. Araşdırma zamanı onun əsasən qızıl-zinət əşyaları ələ keçirdiyi məlum olub. E.Mailov zərərçəkənlərə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurub.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Orxan Şahbazov və Elşən Mailov barəsində istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis bölmələrinə, habelə DİN-in "102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...