Bakıda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Bakıda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirildi - FOTOLAR
27 sentyabr "Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistral avtomobil yolunun kənarındakı geniş sahədə ağacəkmə aksiyası keçirilib.

Sfera.az xəbər verir ki, mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada hər iki qurumun rəhbərləri, əməkdaşları və struktur bölmələrin işçiləri və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilə yanaşı Asan könüllüləri də iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazi əvvəlcədən daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənib, bura əkin üçün hazır vəziyytə gətirilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı Abşeronun iqliminə uyğun 3000-dən çox Eldar şamı, kiparis və digər ağaclar əkildi. İcra Hakimiyyəti tərəfindən yeni əkilən ağaclara qulluq göstərilməsi üçün suvarma sisteminin quraşdırılması nəzərdə tutulub və əraziyə cavabdeh şəxslər müəyyən olunub.

Anım gününə həsr edilən ağacəkmə aksiyaları paytaxtın digər rayonlarında da təşkil edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsi qazisi: “Üç gün morqda qaldım” - VİDEO

Füzuli uğrunda döyüşlərdə düşmənin artilleriya atəşi nəticəsində yaralanan XTQ üzvü, Vətən müharibəsi qazisi Mahir Məmmədov klinik ölüm keçirərək morqa yerləşdi...

Bir il öncə işğaldan azad edilən ərazilər - SİYAHI

Bu gün bir sıra ərazilərin Ermənistanın işğalından azad edilməsindən bir il ötür. Sfera.az həmin ərazilərin siyahısını təqdim edir. Zəngilan rayonu ...

Bu erməni terroru da bizi yıxa bilmədi... - VİDEO

Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərinə raket hücumları ilə törətdiyi terrordan bir il ötür. Sfera.az xəbər verir ki, 2020-ci il oktyabrın 28-də sa...

Ali Erbaş Şuşada azan oxudu - VİDEO

Türkiyənin Dini İşlər İdarəsinin sədri Ali Erbaş Şuşada azan oxuyub. Sfera.az xəbər verir ki, o, bununla bağlı görüntüləri Tvitter hesabında paylaşıb. ...

FHN də eyvandan əşyaları atan şəxslə bağlı açıqlama yaydı

Fövqəladə Hallar Nazirliyi əşyaları eyvandan atan şəxslə bağlı məlumat yayıb. Sfera.az-ın məlumatına görə, bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhər...

Yaşar Nurinin qızı: “Artıq satmağa bir şeyim yoxdur” - VİDEO

Mərhum Yaşar Nurinin ailəsi maddi baxımdan çətinlik yaşayır. Sfera.az xəbər verir ki, ATV-nin "Günün sədası” verilişində Xalq artistinin qızı Ülkər Yaşarq...