Bakıda ana və oğlu dəm qazından boğulub
16:52 / 29.11.2019
2641
Bakıda ölüm hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbənin Şıxlar adlanan ərazisində yaşayan Sevda Xaliqova və oğlu, 2002-ci il təvəllüdlü Kamran Xaliqov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır. (APA)