BNA-nın quraşdırdığı təhlükəsizlik tumbası ana və 2 uşağının həyatını xilas etdi - VİDEO

BNA-nın quraşdırdığı təhlükəsizlik tumbası ana və 2 uşağının həyatını xilas etdi - VİDEO
Bakı Nəqliyyat Agentliyinin yollarda quraşdırdığı təhlükəsizlik tumbası baş verən qəza zamanı səkidəki uşaqların həyatını xilas edib.
 
Sfera.az xəbər verir ki, qəza zamanı idarəetmədən çıxan avtombil səkiyə doğru hərəkət etsə də tumbaya dəyərək dayanıb. Nəticədə səkidəki 2 uşaq və anası zərbədən xilas olublar.
 
Məlumat üçün qeyd edək ki, paytaxt yollarında hərəkətin təhlükəsizlik səviyyəsinin artırılması ilə bağlı ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq Bakı şəhərində 139 küçədə bu cür təhlükəsizlik tumbaları quraşdırılıb. Tumbalar əsasən qəza riski yüksək olan yollarda və yol kəsişmələrində quraşdırılır.
Paytaxtın digər ərazilərində də təhlükəsizlik tumbaların quraşdırılması istiqamətində tədbirlər davam etdirilir.



OXŞAR XƏBƏRLƏR