Bakıda 8 yeni məktəb inşa olunur

Bakıda 8 yeni məktəb inşa olunur
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.

İdarədən Sfera.az-a verilən məlumata görə, ehtiyac olan ərazilərdə 8 yeni məktəb inşa olunur.

Onlardan 5-də tikinti işləri artıq yekunlaşıb. Hazırda 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 71 və 307 nömrəli tam orta məktəblərin köhnə korpuslarının əsaslı təmiri və yeni korpusun tikintisi, 320 nömrəli tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirmə işləri davam edir.
Bundan əlavə, 87 nömrəli tam orta məktəbin köhnə korpusunun, 35 və 263 nömrəli tam orta məktəblərin isə qəzalı vəziyyətdə olan korpuslarının söküntü işlərinə başlanılıb.

Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub. Paytaxt məktəblərində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI

"Sentyabrın 22-si I-IV siniflər üzrə yeni dərs ilinin ilk günü məktəbdə valideynlərin çoxluğu ilə əlaqədar pandemiya qaydalarından irəli gələn tələblərə riayət ...

Sabahdan universitetlər AÇILIR

Sabah - sentyabrın 29-da Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin yuxarı (V-XI) siniflərində, orta ixtisas, peşə təhsili müəssisələrində və universitetl...

Etibar Əliyev: “Məktəblərimizi urvatsız edən kimlərdir?”

Mətbuatı dördüncü hakimiyyət adlandırırlar. Bu heç də onun əlində olan inzibati resurslarla, maliyyə rıçaqları ilə bağlı deyil. Medianın dördüncü hakimiyyət olm...

Bakıda məktəb direktorundan rüsvayçı çıxış - VİDEO

Bakıda məktəb direktorlarından birinin sosial şəbəkədə çıxışı yayılıb. Sfera.az xəbər verir ki, şagird və valideynlərin qarşısında çıxış edən direktor 27 senty...

"Dərs oxumaqdan anaların əsəbləri pozulur" - Tanınmış həkim

"Bir azdan analar təhsil proqramının ağırlığından şikayət etməyə başlayacaqlar”.   Sfera.az bildirir ki, bunu tanınmış həkim Vaqif Qarayev deyib. O bildi...

“Rus bölmələrini seçənlər sonradan peşman olacaq” – Təhsil eksperti

"Azərbaycan insanı elə düşünür ki, rus dilində təhsil almağa üstünlük vermək onların karyera yüksəlişinə gətirib çıxaracaq”.   Bu sözləri Sfera.az...