"Bakıda 8-10 tələbə yığışıb bir evdə qalır" - Kirayə mənzil problemi nə vaxt bitəcək?

"Kirayə mənzil bazarında problemlər təxminən sentyabr ayının sonuna qədər ciddi şəkildə yaşandı, indi isə sabitlik yaranıb”.
 
Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Müsahibimizin sözlərinə görə, artıq ev axtaran tapıb, tapa bilməyənlərsə,hansısa formada yer taparaq yerləşib:

"Tələbat çox olanda cüzi də olsa, qiymət artımı hər zaman baş verir. Lakin hazırda kirayə mənzil bazarının sakitləşdiyini deyə bilərik. Əvvəl ucuz ev tapa bilmədiyinə görə, tələbələr köhnə tikilidə bir otaqlı mənzildə 3 nəfər olaraq qalırdılarsa, indi məcburən tutaq ki, 3-4 otaqlı mənzillər götürərək çox sayla ora yerləşdilər – təxminən 8-10 nəfər kirayə pulunu ödəmək üçün bu üsuldan istifadə etdilər. Pandemiya başlayandan yeni tikililərdəki kirayə mənzillər boş vəziyyətdə qalmışdı. Orada yaşayanlar xarici iş adamları, şirkət rəhbərləri və ya xarici tələbələr olurdular ki, onlar da sərhədlər bağlanandan sonra öz ölkələrinə gediblər. Evlər də uzun müddətdir boş idi. Yəni, tələbələrin bir hissəsi bu formada ev problemlərini həll etməyə çalışdılar- bahalı evlər götürərək çox sayda yerləşərək. Əslində bu, yaxşı hal deyil, normativ var. Tutaq ki, bir otaqda iki tələbə qalmalıdır ki, həm də tədrisi ilə normal məşğul ola bilsin”.

Ekspert qeyd edib ki, kirayə mənzil bazarında ciddi dəyişiklik yoxdur:

"Mövcud problemin aradan qalxması üçün tələbə yataqxanalarının tikilməsinə, bərpa edilməsinə ümid edirik. Digər tərəfdən də, bölgələrdən gələn insanlarla paralel, yerli Bakı sakinləri içində də evə ehtiyacı olanlar var. Xüsusən gənc ailələr məcburən kirayədə qalırlar. Tələbat çox olan zaman yerli sakinlər, o cümlədən bölgədən gələnlər üçün ciddi problem yaranır. Həmçinin paytaxtda söküntü işləri mərhələli şəkildə davam edir – köhnələr sökülür, yerinə yeniləri tikilir. Sökülən zaman sakinlərin özləri məcbur kirayə çıxmalı olurlar. Bu baxımdan düşünürəm ki, zamanla bu problemlərin həll edilməsinə ehtiyac var”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ailələr kiçilir – SƏBƏBLƏR

Azərbaycanda son illərdə ev təsərrüfatlarının ölçüsünün sürətlə kiçilməsi müşahidə edilir. Bir ev təsərrüfatı orta hesabla 2015-ci ildə 4,72 nəfərdən ibarət old...

Dizel yanacağı ilə bağlı Baş nazirdən YENİ QƏRAR

Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərniş...

Vilayət Eyvazov polkovniklə mayoru işdən çıxartdı - SƏBƏB

Şəmkir rayon Polis Şöbəsinin iki vəzifəli şəxsi işdən çıxarılıb. Sfera.az xəbərr verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, daxili işlər naziri ...

Bu gün şəhid olan polkovniklər Vətən Müharibəsində bu mükafatları alıblar...

Xəbər verdiyimiz kimi, bu gün DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzay...

Elçin Quliyev şəhid pilotdan danışdı

"Helikopterin pilotu – polkovnik Füzuli Cavadov ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlarımızdan biridir”.   Sfera.a...

Helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupuna kimin rəhbərlik etdiyi açıqlandı

"Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə bağlı İstintaq qrupu Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavin...