Bakıda 67 yaşlı kişi meyiti tapıldı

Bakıda 67 yaşlı kişi meyiti tapıldı
Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Təhməzov Şamil Şamil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR