Bakıda 56 yaşlı qadın dəm qazından boğuldu

Bakıda 56 yaşlı qadın dəm qazından boğuldu
 Bakıda 56 yaşlı qadın dəm qazından boğulub.
 

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yaşayan 1963-cü il təvəllüdlü Kudelina Tatyana Vasilyevna mənzilinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.  



OXŞAR XƏBƏRLƏR