Bakıda 5 gəncin ölümü ilə bağlı TƏFƏRRÜATLAR - Evə girən ata 2 oğlunun cansız bədənini tapır - FOTO

Bakıda 5 gəncin ölümü ilə bağlı TƏFƏRRÜATLAR - Evə girən ata 2 oğlunun cansız bədənini tapır - FOTO
Bu gün Badamdar qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən hadisənin ilkin səbəbi müəyyənləşib.

Sfera.az  xəbər verir ki, ilkin baxış zamanı ikimərtəbəli evin kombi aparatından xaric olacaq qazın mənzilə dolduğu müəyyənləşib. Belə ki, kombi aparatının bayıra çıxmalı olan və tullantı qazı xaric edən başlığının yerindən çıxdığı və qazı mənzilə doldurduğu müəyyənləşib.

Hadisə barəsində isə ilk olaraq ev sahibi Rəşad Əliyev xəbər tutub. Övladlarının zənglərə cavab vermədiyini görən ata təmirdə olan mənzilə gəlib. O, 2 oğlu ilə yanaşı, onların digər 2 dostunun və ustanın cansız bədənini tapıb.

Qeyd edək ki, vəfat edən Əliyev qardaşları və meyiti tapılan usta əslən Beyləqan rayonundandır. Digər 2 qardaş isə Yasamal rayonunda yaşayıb və əslən Şəmkir rayonundandırlar.

Onların cənazələri bu gün ailələrinə təhvil veriləcək.
 
(publika.az)

OXŞAR XƏBƏRLƏR

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...