Bakıda 010 nömrəli bahalı maşın karvanı yol polisini saymadı - VİDEO

Bakıda 010 nömrəli bahalı maşın karvanı yol polisini saymadı -  VİDEO

Yol polisinin yanında «Fi-fa» siqnalı verib yol kəsənlərə yol polisləri yol göstərib

Bakıda bahalı maşınlardan ibarət toy karvanı «Azneft» meydanında kütləvi qayda pozuntusu törədib. Görüntülər təxminən iki il əvvələ aid olsa da, sosial şəbəkələrdə yeni yayılıb. Avtosfer.az-ın məlumatına görə, «Foer Season» otelinə gələn toy karvanı «Azneft» meydanında tıxac yaradıb, bahalı maşınlar yolu kəsərək başqalarına mane olublar. Ərazidə bir neçə yol polisi əməkdaşı da var. Onlardan biri də yol polisinin tağım komandiri olmuş, bir neçə əvvəl işdən çıxarılan Natiq Mövlayevdir.

Videodan göründüyü kimi, yol polisləri onların gözü qarşısında kütləvi şəkildə qayda pozan, «Fi-fa» siqnaldan bolluca istifadə edən sürücüləri saxlayıb cərimə yazmaq əvəzinə öz yolu ilə gedənləri saxlayıb bahalı maşınların – «Hafka» ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun oğlanlarının və yaxın qohumlarının idarə etdiyi «Rolls Royce», «Mercedes-Galendewagen», «Porsche» markalı maşınların qoşa xətti keçib qarşı yola çıxmasına şərait yaradırlar. 

Kimsə zənn etməsin ki, sözügedən otelin qarşısında bu mənzərə ilk dəfədir yaranır. Orada hər toy mövsümündə bu cür əcaib vəziyyətə tez-tez rast gəlmək olar. Bəli, bir daha qeyd edirik ki, bu görüntülər yeni deyil. Bəlkə də videoda görünən avtomobillərin əksəriyyəti satılıb, dəyişdirilib. Amma fakt odur ki, ortada biabırçı mənzərə var. Hər bir hərəkətlə ətrafdakılarda ikrah hissi yaratmaq, onlara qarşı saymamazlıq nümayiş etdirmək düzgün hərəkət deyil. O ki qaldı sürücülərin törətdiyi kobud qayda pozuntularına, ümid edirik ki, yol polisi toy karvanlarında baş verən neqativ hallara qarşı mübarizə çərçivəsində bu cür bahalı maşın karvanlarına da yaxın durra biləcək. //avtosfer.az


OXŞAR XƏBƏRLƏR

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...