Bakı yollarında ciddi TƏHLÜKƏ: \"Toyota Prius\"lar niyə tez-tez qəza törədir? - BŞDYPİ açıqladı

Bakı yollarında ciddi TƏHLÜKƏ: \
"Son zamanlar "Toyota Prius" markalı avtomobilərinin idarə edilməsi faktları çoxaldığından, baş vermiş yol-qəza hadisələrində adının hallanması təsadüfi deyil”.

Bunu Sfera.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  deyib. O bildirib ki, axır vaxtlar ölkəyə daha çox bu markalı avtomobillər gətirilir:

"Görünür, "Toyota Prius”lar sürücülər üçün daha sərfəlidir. Yəni bu tipli avtomobil idarə edənlər amortizasiya xərclərinin azalması, yanacaq sərfiyyatı, ehtiyat hissələri və digər göstəriciləri nəzərə alır. Ona görə də, bu avtomobillərin gətirilməsinə üstünlük verirlər. Açıq etiraf etmək lazımdır ki, bu avtomobillərdən bütün istiqamətlər üzrə istifadə edənlər çoxdur. Məsələn, taksi fəaliyyəti ilə məşğul olanların əksəriyyəti "Toyoya Prius”dan istifadə edir. Maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrində bu tipli avtomobillərin sayı kifayət qədərdir. Yaş həddinə gəldikdə isə, həmin avtomobilləri idarə edənlər arasında 26-35 arası gənclər çoxluq təşkil edir. Onların da əksəriyyətini ya müştəri tələsdirir, ya da deyilən ünvana tez çatmaq adı ilə tələsirlər. Bu, sərnişin daşıma ilə məşğul olan sürücülərin bizə verdiyi informasiyalardır”.

Müsahibimiz qeyd edib ki, yol hərəkətində tələsmək qəzaya səbəb olan əsas faktorlardan biridir:

"Birmənalı olaraq, sükan arxasında oturan şəxs tələsməməlidir. Bir daha avtomobil sürücülərinə məlumat üçün bildirirəm ki, yol hərəkətində tələsmək real yol-nəqliyyat hadisəsinin yaşanması və ya baş verməsi deməkdir. Sürücü idarəetmədən diqqətini yaymamalı, hərəkət istiqamətində təmkinli olmalı, normal sürət həddi seçməli, ara məsafəsini düzgün saxlamalı və yolboyu qoyulmuş nizamlayıcı texniki vasitələrini, yol nişanlarını nəzərə almalı, dairəvi hərəkət təşkil edən ərazilərdə qoyulan tələbləri düzgün yerinə yetirməlidir ki, ən azı qəza hadisəsi olmasın. Özünə və başqa hərəkət iştirakçılarına da xəsarət və ya maddi zərər yetirməsin. Təəssüf ki, sözügedən avtomobilin sürücüləri bu göstəriciləri bəzən yaddan çıxarır və son nəticədə də yol qəza hadisələrinin baş verməsinə səbəb olurlar”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...