Bakı Yerevanın qarşısına 3 şərt qoyacaq - Qəbul edilmədiyi təqdirdə...

Bakı Yerevanın qarşısına 3 şərt qoyacaq - Qəbul edilmədiyi təqdirdə...
"İyunun 20-də Ermənistanda növbədənkənar seçkilərdən sonra bu ölkədə yeni bir siyasi mərhələ başlayacaq. Baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalması mümkündür”. 
 
Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Paşinyan hakimiyyətdə qalacağı təqdirdə, Azərbaycanla əlaqələri hansı istiqamətdə quracağı Ermənistanda əsas müzakirə predmeti olaraq qalır və bura ilk növbədə Azərbaycanla əlaqələrin normallaşdırılması və birgə Bəyannamədən irəli gələn şərtlərin yerinə yetirilməsi daxildir:

"Hazırda Ermənistanda aralıq bir dövr yaşanır. Baş nazir Nikol Paşinyan seçkilərdə qələbəsini təmin etmək və daxili siyasi qüvvələri özünə qarşı neytrallaşdırmaq üçün gedişlər edir. Məhz bu fonda Azərbaycanla kommunikasiyaların açılması və Qarabağla bağlı təxribatçı  ritorikaya əl atması mümkündür. Halbuki, 10 noyabr Birgə Bəyannamədə nə status məsələsi, nə də Dağlıq Qarabağ termini var. Paşinyanın bu səpkidə açıqlamaları daxili auditoriyaya hesablansa da, seçkidən sonra addımları atması gözlənilmir. Ona görə də imza atılan Bəyannamə atəşkəs və sülhə aparan bir yol xəritəsidir. Ermənistanın bu Bəyannamədən çıxması gözlənilmir”.

Politoloq qeyd edib ki, Ermənistan tərəfi seçkilərdən sonra Türkiyə və Azərbaycanla əlaqələrin bərpasını irəli sürəcəksə, rəsmi Bakı Yerevandan bir neçə şərtə əməl edilməsini tələb etməlidir:

"Birinci, Azərbaycan ərazisində erməni separatçıları dəstəklənməməlidir. İkinci, Ermənistan öz ərazisindən xarici ölkə rəsmilərinin və nümayəndə heyətlərinin Qarabağa girişinə şərait yaratmamalıdır. Üçüncü, "Artsax Respublikası" adı ilə beynəlxalq müstəvidə təbliğata son verməlidir.  Əgər Ermənistan hakimiyyəti bu şərtləri qəbul etməyəcəksə, bu ölkə ilə normal əlaqələrin qurulmasına gedilməməlidir”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...