Bakı və İrəvandan İstanbula bilet qiymətindəki kəskin fərqlə bağlı AZAL-dan - AÇIQLAMA

Bakı və İrəvandan İstanbula bilet qiymətindəki kəskin fərqlə bağlı AZAL-dan - AÇIQLAMA
Sosial şəbəkələrdə Bakı və İrəvandan İstanbula yerinə yetirilən reyslərə aviabiletlər arasında böyük fərqin olduğu haqqında məlumatlar yayılır. Xüsusilə 2 fevral tarixinə olan qiymətlərə istinad edilir. Belə ki, yayılan məlumatda Bakıdan İstanbula olan biletin qiyməti 270 manat, İrəvandan İstanbula isə 45 dollar (76 manat - red.) göstərilib.

Sfera.az xəbər verir ki, məsələyə AZAL-dan münasibət bildirilib.

Qeyd edilib ki, aviaşirkətlərdə sərt tariflər yoxdur – aviabiletlərin qiymətləri aviaşirkətlər tərəfindən daimi təsbit edilmir. Bu qiymətlər tələbat və təklifdən, təyyarədə yerlərin dolmasından, alış tarixindən, bayram və məzuniyyət dövründə tələbatın artması ilə əlaqədar mövsümi dəyişikliklərdən asılı olaraq müəyyən edilir:

"Dünya təcrübəsinə əsasən, aviabileti mümkün minimal qiymətə əldə etmək üçün sərnişin onu qabaqcadan almalıdır, belə ki, hər reysdə aviabiletlərin sayı çox məhduddur.

Bu səbəbdən, əgər aviaşirkət biletləri yeni satışa çıxarırsa, təbii ki, bu biletlərin qiyməti həmin istiqamətdə biletləri çoxdan satan aviaşirkətlərin qiymətindən aşağı olacaq.

Bundan başqa, Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan "Buta Airways” aviaşirkətinin bütün istiqamətlərdə minimal tarifi, koronavirus pandemiyasına qədər olduğu kimi, 29 avroya qədər azaldılacaq. Bu günlərdə bu barədə rəsmi məlumat veriləcək".
 


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Maqsud Mahmudov Afət Fərmanqızını videolarla şantaj edib

Ukraynada tutularaq, Azərbaycana ekstradisiya olunan, dələduzluqda ittiham edilən iş adamı Maqsud Mahmudovun əməllərindən zərər çəkən 90 nəfərin içərisində tanı...

Yeni qanun gəlir: bunu edənlər cərimələnəcək

Azərbaycanda taksi duracaqlarında başqa nəqliyyat vasitələrinin dayanmasına və durmasına görə cərimə müəyyənləşir. Sfera.az xəbər verir ki, bu, İnzibati X...

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi, Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan Dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büron...

Prezidentin Təhlükəsizlik Xidmətinin idarə rəisi vəfat etdi - FOTO

Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi, polkovnik Tərlan Qədirov vəfat edib. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki,, hadi...

Prezidentin vəzifə verdiyi xanım kimdir? - DOSYE

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azadə Hüseynova Dövlət Turizm Agentliyi sədrinin müavini təyin olunub.   Sfera.az xəbər verir ki, bu b...

Nazir Abbas Orucovu yüksək vəzifəyə təyin etdi

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub. Sfera.az xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə...