Bakı Şuşaya “İsgəndər” atanları özlərinin raketi ilə "vurdu" – "Biz cavab gözləyirik.."

Bakı Şuşaya “İsgəndər” atanları özlərinin raketi ilə
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Ölkə başçısının çıxışındakı diqqətçəkən məqamlardan biri də "İsgəndər-M” raketləri ilə bağlı olub.

"Ermənilər Şuşanı bu "İsgəndər-M” raketləri ilə atəşə tutmuşdular. Hardandır, bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq” -, deyə prezident qeyd edib.

Sfera.az-ın məlumatına görə, bununla bağlı siyasi icmalçı Asif Nərimanlı bildirib ki, İlham Əliyev bu çıxışı ilə ruslara "istədiyimi alacam” mesajı verib: "Ümumiyyətlə, İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışında verdiyi iki mesaj diqqət çəkir. Birincisi, Azərbaycan "İsgəndər – M” raketi ilə bağlı sualına cavabını gözlədiyini ən yüksək səviyyədə bəyan edir. İkincisi,  ruslara "biz faktları açıqlamadan siz açıqlayın” mesajını verir, Moskvaya vəziyyətdən çıxması üçün manevr etmək imkanı yaradır. Qarşılığında istəklərini qəbul etdirmək gedişi edir: Bakının "İsgəndər – M” məsələsindən ağılla istifadə etdiyi məlumdur.

Üçüncüsü, prezident "Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq” deməsi Azərbaycanın sona qədər gedəcəyini bəyan etməsi deməkdir. Yəni, istədiyimizi almayana qədər "İsgəndər” məsələsi bağlanmayacaq”.

A.Nərimanlı qeyd edib ki, ordu tətikdədir: "İlham Əliyev Ermənistanda revanşist qüvvələrə, həm də onların arxasında dayananlara "dəmir yumruq yerindədir” mesajını verir. Belə mesajlar zaman-zaman verilir, lakin bu dəfə - Köçəryanın Moskva səfərindən sonra, İrəvanda və Xankəndində revanşist qüvvələrin aktivləşməsi fonunda Bakı atacağı addımı açıq mətnlə göstərir”.

Politoloq Məhəmməd Əsədullazadə isə düşünür ki, Rusiya tərəfi "İsgəndər-M” raketləri ilə bağlı açıqlama verməyəcək: "Ona görə də bu silahın vurulmuş şəkildə qalıqlarını nümayiş etdirilməsi Moskvanın Qarabağda sülhməramlı fəaliyyətindəki özbaşınalıqlarına cavabdır.  Rusiya bu raketin atılması ilə bağlı cavab verəcəksə, onun sülhməramlı kimi fəaliyyəti sual altında alınacaq. Ümumiyyətlə, bu raketi Ermənistan tərəfindən atılması reallaşsaydı, prezident açıq şəkildə Yerevanı hədəfə alacaqdı.
 
Rusiyanın Ermənistana verdiyi və ərazilərimizi işğal altında saxlamağa hədəflənmiş ağır silahları,  ən nəhayət Azərbaycanı cəzalandırmaq üçün atdığı ballistik "İsgəndər-M" raketinin qalıqlarının nümayişi dünyaya mesajdır”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...