Bakı-Sumqayıt yolundakı tıxac bu tarixdə bitəcək: Yolda təmir işləri aparan “Azərsu” ASC-dən vəd

Bakı-Sumqayıt yolundakı tıxac bu tarixdə bitəcək: Yolda təmir işləri aparan “Azərsu” ASC-dən vəd


"Bu həftə ərzində, uzağı gələn həftəyə işimizi başa vurub, Bakı-Sumqayıt yolundan çıxacağıq”.


Sfera.az-a açıqlamasında bu sözləri Bakı-Sumqayıt yolunda bir aya yaxındır, "Azərsu” ASC tərəfindən aparılan təmir işlərilə əlaqədar həmin yolda dəhşətli tıxacın yaranması ilə bağlı əhali və sürücülərin narazılığına səbəb olan hadisəyə nə zaman son qoyulacağına aydınlıq gətirərkən "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıloğlu deyib:

 

"Azərsu” ASC Bakıdan Sumqayıta gedən yolun kənarı ilə 1200 mm-lik diametrə malik polad borularla təzyiqli kanalizasiya kallektri tikir. Bu tikinti yolun hərəkət hissəsində, yəni yolun bir kənarında aparılır. Artıq demək olar ki, işlər yekunlaşmaq üzrədir. Bu həftə Bakı-Sumqayıt yolu üzərində işimizi tam başa çatdıracağıq. Özü də həmin yolda işimizi şənbə-bazar günləri, yəni istirahət günləri gecə saatlarında aparırıq ki, yol tam bağlanmasın. Yəni, maksimum çalışırdıq ki, nəqliyyatın hərəkətinə az maneə yaradılsın. Doğrudur, iş prosesində yaranan tıxacla bağlı müəyyən narahatlıqlar oldu. Amma bu həftə, uzağı gələn həftəyə Bakı-Sumqayıt yolunda işimizi başa vuraraq oradan tam olaraq çıxacağıq”.

 

Mətbuat xidmətinin rəhbəri bildirdi ki, Bakı-Sumqayıt yolunda iş başa çatandan sonra proses Masazır istiqamətində davam etdiriləcək: "Ondan sonra işimizi Masazır körpüsündən aşağı istiqamətə yönəldəcəyik. Hansı ki onun da Bakı-Sumqayıt yoluna heç bir aydiyyatı yoxdur. Aparılan işlə bağlı xəttin ümumi uzunluğu 4,5 km-dir ki, onun da 60 faizini başa çatdırmışıq”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...