Bakı-Sumqayıt yolu bağlandı

Bakı-Sumqayıt yolu bağlandı
Sıxlıq və tıxacların aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-cü kilometrində, "VAZ dairəsi” kimi adlanan ərazidə yerləşən yol qovşağında yenidənqurma işləri həyata keçirilir.

Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Yenidənqurma işləri çərçivəsində yol qovşağına qalxan və düşən istiqamətlərdəki yollarda genişləndirmə işləri aparılır, yeni yol hissələri yaradılır. Bunun üçün ərazidə hazırda tikinti altına düşən maneələrin köçürülməsi, qazma-dolma işləri, yeni yol yatağının tikintisi işləri icra olunur.

Bundan başqa, yol ötürücüsü üzərində yerləşən iki dairə də yenidən qurulur. Dairələrin eni kiçildilir, ətrafına təhlükəsizliyi təmin etməsi üçün yeni dəmir-beton maneələr qoyulur. Həmçinin yol ötürücüsündə dayanıqlığı artırmaq məqsədilə yol ötürücüsünün alt hissəsində yeni istinad divarları inşa edilir. Günün pik saatlarında yaranan sıxlıq və tıxacın aradan qaldırılması üçün Saray qəsəbəsinə giriş hissədə olan yolun da genişləndirməsi işləri aparılır.

Artıq sözügedən ərazinin zəruri olan hissəsində yeni yol yatağı və yol əsası inşa edilib, hazırda asfaltlanma işləri görülür. Ümumilikdə qeyd edilən ərazilərdə hərəkət intensivliyi və yay fəslinin gəlməsi ilə əlaqədar olaraq Saray, Novxanı və bu istiqamətdə yerləşən qəsəbələrə gediş-gəlişin artacağı nəzərə alınaraq aparılan yenidənqurma işləri yarana biləcək tıxacların qarşısının alınmasını təmin etməyə imkan verəcək.

Bütün işlər mövcud "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...