Cəmİyyət

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: 100-dən çox...

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: 100-dən çox...
 

Bu gün səhər saatlarından başlayaraq paytaxtın 100-dən çox əsas küçə və prospektlərində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Sfera.az xəbər verir ki, paytaxtın kommunal xidmətindən Oxu.Az-a bildirilib ki, artıq 25-dən çox küçə dezinfeksiya olunub.

Dezinfeksiya işləri 28 May küçəsindən başlanılıb.

Rəşid Behbudov küçəsi, Bülbül prospekti, Hüseyn Cavid prospekti, Qurban Abbasov küçəsi, Neftçilər prospekti, Mehdi Hüseyn küçəsi, Bakıxanov küçəsi, Azərbaycan prospekti, İstiqlaliyyət küçəsi, Şeyx Şamil küçəsi, Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi, Atatürk prospekti və digər küçələr istiqamətində işlər aparılacaq.

Qeyd edək ki, bu gün sakinlərə ciddi zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamaqla bağlı xəbərdarlıq edilib.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031