“Bakı sakinləri rayonlara gedə bilir, rayon əhalisi isə Bakıya yox...” - HÜQUQŞÜNASDAN \"NİYƏ\" SUALINA CAVAB

“Bakı sakinləri rayonlara gedə bilir, rayon əhalisi isə Bakıya yox...” - HÜQUQŞÜNASDAN \

"Yanaşma qanunsuzdur və məqsədə yönəlməyib. Bu xəstəliyi lokallaşdırmağa xidmət etmir”.

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan hökumətinin koronavirus təhlükəsilə bağlı rayon qeydiyyatında olan avtomobil və sərnişinlərin Bakı və Sumqayıta girişinə qadağa qoyması, ancaq paytaxtda qeydiyyatda olanlara qadağanın şamil edilməməsi məsələsinə toxunarkən hüquqşünas Ələsgər Əhmədoğlu deyib.

Ekspertin sözlərinə görə, bu diskriminasiya halıdır: "İstənilən halda epidemiyanın geniş yayılmaması üçün önləyici addımların atılması təbiidir və bu xoş qarşılanır. Amma indiki halda rayon əhalisinin Bakıya buraxılmaması, ancaq paytaxt əhalisinin sərbəst gediş-gəlişinə imkan yaradılması xəstəliyi önləməkdən çox, diskriminasiyaya yönəlik məsələdir. Koronavirus təhlükəsi fonunda istisna halları çıxmaq şərtilə hər kəsin başqa yerlərə gedişinə məhdudiyyət qoyulsa, bu təbii haldır”.

Ə. Əhmədoğlu qeyd etdi ki, belə yanaşmanı hüquqi və məntiqi baxımdan əsaslandırmaq mümkün deyil: "İndiki halda baş verən isə anlaşılmaz olmaqla yanaşı, nə hüquqi, nə də məntiqi aspektdən əsaslandırılması mümkün olmayan məsələdir. Bakıdan çıxan şəxs rayonlara gedə və geri qayıda bilər, bu zaman o virusla bağlı yoluxma təhlükəsi yaratmayacaq, amma tutaq ki, Ağdamdan çıxan Bakıya gedə bilməz. Burada hər hansı bir önləyici aspekt yoxdur. Bakı və Abşeron ərazisi fövqəladə rejimə keçməklə karantin zonası elan edilsəydi, o zaman həmin ərazilərdən bütün giriş-çıxışlar qadağan edilməli idi. Bu halda yalnız istisna kimi, təcili yardm, yanğınsöndürən maşınlar və xüsusi buraxılış vərəqəli təbəqə buraxıla bilər. Burada avtomobilin nömrəsinin 02, 05, 10 və ya 99 olmasının heç bir rolu olmamalıdır. İndiki halda isə Avropa Oyunlarının keçirilməsi dövründə olduğu kimi, baş verənlər yenə də qanunvericiliyə söykənməyən qanunsuz haldır”.

Həmsöhbətimiz söylədiyi arqumentlərə əsasən qadağanın legitim olmadığını bildirdi: "Nazirlər Kabineti qanuna söykənməyən istənilən məhdidiyyətə qol qoyursa, bu legitim deyil və Avropa İnsan Hüquqları Konvensiyası baxımından da insan hüquqlarına qoyulan qanunsuz məhdudiyyətdir. Hökumətin bu qadağasından belə anlaşılır ki, Bakıda virusa yoluxma halı daha çoxdur. Yanaşma qanunsuzdur və məqsədə yönəlməyib. Bu xəstəliyi lokallaşdırmağa xidmət etmir”.

Elçin

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Baş prokuror Çinə SƏFƏR ETDİ - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında iştirak etmək üçün Ç...

İlk süni intellekt gözəllik yarışması KEÇİRİLƏCƏK -  5000 dollar mükafat və...

Dünyanın ilk süni intellekt gözəllik yarışması keçiriləcək.   Sfera.az bildirir ki, “World Artificial Intelligence Creators Awards” (WAI...