Bakı sakini mənzilində ölü tapıldı
16:00 / 09.04.2021
1481
Bakıda mənzildən 67 yaşlı qadın meyiti tapılıb.
Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Miriyeva Nəzakət Tahir qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.