Bakı sakini ikinci mərtəbədən yıxılaraq öldü
07:22 / 06.11.2020
3537
Paytaxtın Sabunçu rayonunda ölüm hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisəsi Maştağa qəsəbəsində qeydə alınıb.
Daş Karxanası adlanan ərazidə yaşayan 1984-cü il təvəllüdlü Babayev Pənah Tahir oğlu ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yıxılıb. Aldığı ağır xəsarətlər nəticəsində o ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.