“Bakı Rusiya-Ukrayna münaqişəsində, tərəf yox, vasitəçidir” - MÜSAHİBƏ

“Bakı Rusiya-Ukrayna münaqişəsində, tərəf yox, vasitəçidir” - MÜSAHİBƏ
Siyasi şərhçi Asif Nərimanlının Sfera.az-a müsahibəsi.

- Asif bəy,  Ukrayna Prezident Vladimir Zelenski ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son görüşünü necə qiymətləndirirsiniz?

- Prezidentin Ukrayna səfəri Bakı-Kiyev siyasi xəttində növbəti yaxınlaşma təzahürü ilə yanaşı, geosiyasi proseslər fonunda da diqqət çəkir. Məsələ ondadır ki, Cenevrədə Rusiya-Qərb danışıqları davam edir. Bəllidir ki, tərəflər "yeni soyuq müharibə” perspektivinə hazırlaşırlar və əsas cəbhə Ukrayna olacaq.
Digər tərəfdən, Prezidentin Ukraynaya səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilin əvvəlində Kiyevə planlaşdırılan səfərindən öncə baş tutdu.
 
- Hesab edirsiniz ki, Bakının ayrı, Ankara-Bakı ikilisinin birgə strateji gedişi var?

- Bəli. İlham Əliyev bu səfərlə yeni Soyuq müharibənin hər iki tərəfinə faktiki olaraq mesaj verdi. Prezident həm qeyd etdiyim cəbhələşmədə yer almadan Qərbə Ukraynanın yanında olduğunu və ərazi bütövlüyü prinsipini dəstəklədiyini göstərir, həm də Kiyevin yanında mövqe sərgiləməklə Rusiya qarşısında balans yaradır. Hesab edirəm ki, bu, Cənubi Qafqaz masasında Moskvanın Bakının maraqlarını nəzərə alması baxımından əlimizi gücləndirə bilər.

- Sizcə, rəsmi Ankara və Bakı mövcud Ukrayna-Rusiya münaqişəsinin həllində vasitəçilik edə bilər?

- Bu, mümkündür. Prosesə humanitar məsələlərin həllində vasitəçiliklə başlaya bilərik. Təsadüfi deyil ki, Brüssel görüşündə Zelenski Əliyevdən Rusiyada və işğal olunmuş Krım və Donbasda əsir saxlanılan ukraynalıların azad edilməsi üçün kömək istədi. Buna görə də mümkündür ki, rəsmi Bakı bu məsələni Moskva ilə müəyyən kanallar vasitəsilə müzakirə edib və cari dövrdə nəticə əldə edəcək.

Hesab edirəm ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün alternativ masanın qurulması zəruridir. Məncə, bu Qərb-Rusiya masasında heç bir nəticə əldə edə bilməyən Kiyev üçün də məqbuldur. Məsələni Qərblə yox, Ukraynanın özü ilə müzakirə etmək istəyən Moskva üçün də daha optimal təklifdir. Bütün hallarda nəticənin əldə edilməsi çətin görünsə də, tərəflər müəyyən irəliləyişə nail olmaq naminə alternativ masaya isti yanaşa bilərlər.

- Belə çıxır ki, Ankara və Bakı Rusiya-Ukrayna münaqişəsində, tərəf kimi yox, vasitəçi kimi çıxış etmək istəyir?

-  Bəli. Əliyevin Ukrayna səfəri bu kontekstdə təsadüfi deyil. İstisna deyil ki, Ərdoğan Putinlə, Əliyev Zelenski ilə vasitəçiliyin ilkin təməlinin atılması istiqamətində iş aparır.

Söhbətləşdi: Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...