Bakı-Qazax yolunda qəza: Ölən var
17:28 / 01.12.2021
1046
Ucarda piyadanı avtomobil vurub.
Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində baş verib.
Qoşqulu "KamAZ” markalı yük maşını yolu keçən piyada, Kürdəmir rayon sakini, 1949-cı il təvəllüdlü Bəhrəm Şərif oğlu Dəmirovu vurub. B.Dəmirov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
(apa)