Bakı polisindən xəbərdarlıq: \"Dilənçilərə pul verməyin!\"

Bakı polisindən xəbərdarlıq: \
 

Paytaxtda dilənçiliyə, tüfeyli həyat tərzi keçirən şəxslərin profilaktikasına qarşı mübarizə sistemli qaydada aparılır və kampaniya xarakteri daşımır.

Sfera.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Azərtac"a bildirib ki, paytaxt polisi bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun olaraq, dilənçiləri inzibati məsuliyyətə cəlb etməklə qeydiyyatda olduqları rayonlara göndərilməsini təmin edir. Təkcə ötən həftə paytaxtda 28 dilənçi və tüfeyli həyat tərzi keçirən şəxs aşkarlanaraq qeydiyyatda olduqları rayonlara göndərilib.

Azyaşlıların, qadınların, sağlamlıq imkanı məhdud olması görüntüsü yaradan şəxslərin küçələrdə dilənməyə sövq edilməsinin məqsədi insanların hisslərinə təsir etməkdir. Adətən küçədən keçənlərə salfet satan, avtomobillərin şüşələrini silməyə çalışan, ayaqyalın, üst-başı çirkli uşaqların məsumluğundan istifadə olunmaqla teatral vəziyyət yaradırlar. Ancaq sədəqə verənlərin sayının çox olması onları dilənçiliyi həyat tərzinə çevirməyə, zəhmətsiz yaşamağa həvəsləndirir. Bu da azyaşlıları dilənmək üçün küçələrə salan şəxslərin məqsədlərinə çatmalarına səbəb olur.

Dilənçilər böyük şəhərlərdə kriminal risk qrupuna aid edilirlər. Elm də qeyd edir ki, dilənçiliklə cinayətkarlıq arasında səbəb-əlaqə bağlantısı var. Bunu dünya təcrübəsində rast gəlinən örnəklər də təsdiq edir. Buraya oğurluq cinayətləri, xırda talama və narkotik vasitələrin qanunsuz dövriyyəsi, uşaq əməyinin istismarı aid edilir. Göründüyü kimi, bütün bunlar dilənçiliyin yoxsulluq mahiyyətindən ayrılaraq cinayətkarlığın əlamətinə çevrildiyini təsdiqləyir. Bununla bağlı elmi-praktiki təcrübəyə əsaslanan tövsiyələr var. Belə ki, "dilənçi görkəmi” cinayətkar üçün kamuflyajdır. O, ünvanlara, yaxud insanlara daha rahat yaxınlaşa bilir və ictimai təhlükəli niyyətini həyata keçirir. Əgər dilənçi şüurlu olaraq bilsə ki, cəmiyyət onun bu əməlini yaxşı qarşılamır, ona yaxınlaşmayacaq. Bunu nəzərə alaraq, bir çox ölkələrin qanunverciliyində, xüsusilə Türkiyədə və İtaliyada dilənçiyə sədəqə verilməsi hüquq pozuntusu hesab olunur və bunun üçün pul cəriməsi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...