Bakı polisindən xəbərdarlıq: "Dilənçilərə pul verməyin!"

Bakı polisindən xəbərdarlıq:
 

Paytaxtda dilənçiliyə, tüfeyli həyat tərzi keçirən şəxslərin profilaktikasına qarşı mübarizə sistemli qaydada aparılır və kampaniya xarakteri daşımır.

Sfera.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Azərtac"a bildirib ki, paytaxt polisi bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun olaraq, dilənçiləri inzibati məsuliyyətə cəlb etməklə qeydiyyatda olduqları rayonlara göndərilməsini təmin edir. Təkcə ötən həftə paytaxtda 28 dilənçi və tüfeyli həyat tərzi keçirən şəxs aşkarlanaraq qeydiyyatda olduqları rayonlara göndərilib.

Azyaşlıların, qadınların, sağlamlıq imkanı məhdud olması görüntüsü yaradan şəxslərin küçələrdə dilənməyə sövq edilməsinin məqsədi insanların hisslərinə təsir etməkdir. Adətən küçədən keçənlərə salfet satan, avtomobillərin şüşələrini silməyə çalışan, ayaqyalın, üst-başı çirkli uşaqların məsumluğundan istifadə olunmaqla teatral vəziyyət yaradırlar. Ancaq sədəqə verənlərin sayının çox olması onları dilənçiliyi həyat tərzinə çevirməyə, zəhmətsiz yaşamağa həvəsləndirir. Bu da azyaşlıları dilənmək üçün küçələrə salan şəxslərin məqsədlərinə çatmalarına səbəb olur.

Dilənçilər böyük şəhərlərdə kriminal risk qrupuna aid edilirlər. Elm də qeyd edir ki, dilənçiliklə cinayətkarlıq arasında səbəb-əlaqə bağlantısı var. Bunu dünya təcrübəsində rast gəlinən örnəklər də təsdiq edir. Buraya oğurluq cinayətləri, xırda talama və narkotik vasitələrin qanunsuz dövriyyəsi, uşaq əməyinin istismarı aid edilir. Göründüyü kimi, bütün bunlar dilənçiliyin yoxsulluq mahiyyətindən ayrılaraq cinayətkarlığın əlamətinə çevrildiyini təsdiqləyir. Bununla bağlı elmi-praktiki təcrübəyə əsaslanan tövsiyələr var. Belə ki, "dilənçi görkəmi” cinayətkar üçün kamuflyajdır. O, ünvanlara, yaxud insanlara daha rahat yaxınlaşa bilir və ictimai təhlükəli niyyətini həyata keçirir. Əgər dilənçi şüurlu olaraq bilsə ki, cəmiyyət onun bu əməlini yaxşı qarşılamır, ona yaxınlaşmayacaq. Bunu nəzərə alaraq, bir çox ölkələrin qanunverciliyində, xüsusilə Türkiyədə və İtaliyada dilənçiyə sədəqə verilməsi hüquq pozuntusu hesab olunur və bunun üçün pul cəriməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Ermənilər hərbçilərinin ölümlərini bu yolla gizlədir - SƏS YAZISI

 Son bir neçə gündür Ermənistan-Azərbaycan Dövlət sərhədində gərginlik yaşanır. Azərbaycan Müdafiə Nazirliyi gedən döyüşlər və itkilər barədə operativ şəki...

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

 Şəhid polkovnik İlqar Mirzəyevin oğlu bugünkü dəfn mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəhid ailələri i...

Putin və Ərdoğan nələrdən danışıb?

  Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında uçuşların bərpa olunmasını müzakirə edib və hər iki ölkə üzrə m...

Ermənilərə məxsus hərbi maşının partladılmasının yeni görüntüləri yayılıb - VİDEO

  Azərbaycan Ordusu tərəfindən Ermənistan hərbçilərinin maşınının partladılmasının yeni görüntüləri yayılıb. Sfera.az  xəbər verir ki, bu barədə gör...

Azərbaycan tərəfə keçən erməni: “Andronik hər ay haqq istəyirdi…” – VİDEO

Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə k...

SON DƏQİQƏ! Ordumuz düşmənin daha bir hərbi məntəqəsini məhv etdi - VİDEO

  Düşmənə qarşı görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin səhra idarəetmə məntəqəsi bölmələrimizin dəqiq a...