Bakı polisindən küçə ticarəti ilə bağlı AÇIQLAMA

Bakı polisindən küçə ticarəti ilə bağlı AÇIQLAMA

 

 

Polisin küçə ticarəti ilə mübarizə tədbirlərinin keçirilməsində əsas məqsəd cəmiyyəti bu məsələdə həssas olmağa səfərbər etməkdir. Küçə ticarətinə qarşı ictimai baxış dəyişməlidir. 

Bu barədə Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, ictimai fikir qanunsuz küçə ticarətini ümumi qəbul olunan davranış normaları çərçivəsində görə bilməz:

"Çünki konkret səbəblər var: küçə ticarəti insan sağlamlığına zərər vurur, ətraf mühitin çirkələnməsi, epidemoloji təhdid və vergidən yayınmaya şərait yaradır. Bununla bağlı suallara bu sahənin mütəxəssisləri cavab verməklə cəmiyyəti məlumatlandıra bilər”. 

E.Hacıyev əlavə edib ki, küçə ticarəti ilə bağlı polisin tədbirlərini ictimai müzakirəyə çıxaran bəzilərinin subyektiv fikirləri ziddiyyətli yanaşmanın nümunəsidir və ənənəvi populizmdir:

"Polisdən bu əmələ göz yumulmasını tələb etmək ictimai məsuliyyətsizliyi təşviqdan başqa heçə nə deyil”.


OXŞAR XƏBƏRLƏR