Bakı polisi ötən gün 26 cinayətin üstünü açıb

Bakı polisi ötən gün 26 cinayətin üstünü açıb
 

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-də 26 cinayətin üstü açılıb. Onlardan 5 əvvəllki dövrlərdən bağlı olan cinayətlər olub.

Bakı şəhər Baş Polis İdarəsindən Sfera.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 11 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 4, oğurluq üzrə 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

 

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR