Bakı polisi bu şəxslərə MÜRACİƏT ETDİ

Bakı polisi bu şəxslərə MÜRACİƏT ETDİ
 

Paytaxtda əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi məqsədilə satış-yarmarkaların təşkili üçün rayonlarda müvafiq yerlər ayrılıb. Müasir standartlara uyğun və qapalı formada təşkil olunan satış-yarmarkalarında istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a bildirib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarında fəaliyyət göstərən bəzi satıcılar müəyyən olunan yerlərdən və qaydalardan kənara çıxaraq, piyada səkilərində, avtomobil yollarında qanunsuz küçə ticarətinin aparılmasına çalışırlar. Qida məhsullarının dövriyyəsi zamanı insanların təhlükəsizliyinə olan gigiyenik tələblərə əməl olunmur. Nəticədə paytaxtın bir sıra məhəllə və küçələrində antisanitar vəziyyət yaranır, qida məhsullarının sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulması sakinlərin narazılığına səbəb olur.

"Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, əhali və satıcılar üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülür. Satıcılara tövsiyə olunur ki, ancaq bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılan digər yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirsinlər. Polis satıcıları müvafiq qaydalara uyğun olaraq ticarət fəaliyyəti ilə məşğul olmalarına etiraz etmir, müəyyən olunan normalara əməl etməyə çağırır”, – deyə E.Hacıyev qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...