Bakı neçə ballıq zəlzələyə tab gətirər? – Ekspert paytaxt binalarının etibarlılıq əmsalını açıqladı

Bakı neçə ballıq zəlzələyə tab gətirər? – Ekspert paytaxt binalarının etibarlılıq əmsalını açıqladı

Bir neçə gün öncə İzmirdə baş vermiş zəlzələ nəticəsində xeyli sayda hündürmərtbəli bina dağıldı. 6 bal gücündə olan zəlzələyə şəhərdəki yaşayış məntəqələrinin bir çoxu davam gətirmədi.


Maraqlıdır, 6 bal gücündə olan zəlzələ Türkiyədə bu sonluqla nəticələnirsə, bizdə eyni hal necə sonlanardı? Yəni, paytaxtda binalar neçə bal gücündə zəlzələyə davamlıdır?



Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov yeni binaların 9 bal zəlzələyə davaml inşa edildiyini, lakin digər əksər binaların yararsız vəziyyətdə olduğunu bildirib:

 

"2012-ci ildən sonra binaların təhlükəsizliyi ilə bağlı normativlərə dəyişiklik olunub. Belə ki, hər mərtəbənin yoxlanılması və təhlükəsizlik normativlərinə diqqət artıb. Buna görə də 2012-ci ildən sonra inşa olunan binaların dözümlülüyü daha yüksəkdir.


 


 

Köhnə yaşayış binaları, istismar müddəti bitən binalar var ki, onların dözümlülük səviyyəsi təbbii olaraq daha aşağıdır. Şəhərin çox hisssəini təşkil edən 5 mərtəbəli binalar var ki, onların əksəriyyətinin istismar müddəti bitib. Onlara nəzarət mexanizmi yoxdur və yoxlanışdan keçmirlər”.

 

Ekspert hesab edir ki, sözügedən binalar dərindən təhlil olunmalı, risklər araşdırılmalıdır:


"Zəlzələyə davamlılıq memarlıq və binaların konstruksiyasından aslıdır. Türkiyədə zəlzələ nəticəsində dağılan binalar 1970-80-ci illərdəkirayə bazarına tələbatdan dolayı tikilən binalardır ki, bunların da təhlükəsizliyinə lazımı diqqət yetirilməyib. Ona görə də 6 bal gücündə zəlzələyə davam gətirmədilər.


 

 

Bizdə 2007-ci ildən sonra inşa olunan binaların bu cür zəlzələ nəticəsində dağılma ehtimalı azdır. Lakin köhnə binalarda yəni, istismar müddəti bitmiş binalrda bal şkalası təbii olaraq daha aşağıdır.

 

Düzdür, Sovet hökuməti müəyyən normativlərə əsasən həmin binaları tikib, amma istismar müddəti deyilən bir anlayış var və bu müddət bitəndən sonra risk çoxalır. Həmin binaların altında kommunikasiya xətləri köhnəlib və qrunt suları əmələ gəlib”.

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...