Bakı metrosunda kişi qatar yoluna yıxıldı

Bakı metrosunda kişi qatar yoluna yıxıldı
Sentyabrın 9-da, axşam saatlarında "Bakı Metropoliteni” QSC-nin "koroğlu” stansiyasında təxminən 30 yaşında kişi qatar yoluna yıxılıb.

Sfera.az xəbər verir ki, bunula bağlı məlumatı  qurumun mətbuat katibi Bəxtiyar Məmmədov təsdiq edib.

Onun sözlərinə görə, dərhal qatar yolunda yüksək gərginlik dayandırılıb, sözügedən şəxs polis əməkdaşlarının və metro işçilərinin köməyi ilə yoldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Onun həyatın hər hansı təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR