Bakı metrosu daha 20 vaqon alacaq

Bakı metrosu daha 20 vaqon alacaq
Bakı metropoliteni gələn il üçün daha 20 vaqondan ibarət 4 qatar tərkibi sifariş verib.

Sfera.az bildirir ki, bunu  açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bununla bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə müqavilə bağlayıb: "Müqaviləyə əsasən şirkət Bakı metropoliteni üçün daha 20 vaqon istehsal etməli və gələn il Bakıya yola salmalıdır. Gələn ilin yay aylarına qədər vaqonlar istehsal edilib Bakıya göndərilməlidir. Həmin dövrə qədər Bakı metropoliteni bütün texniki şərtləri müəssisəyə təhvil verməlidir".

Xatırladaq ki, hazırda Bakı metropoliteninin lokomativ parkında 56 qatar tərkibi olmaqla 280 vaqon sərnişinlərə xidmət edir. Onlardan 19 qatar tərkibi olmaqla 95 vaqon yeni nəsil vaqonlardır. Gələn ilin sonuna isə metro stansiyalarında xidmət edəcək yeni nəsil vaqonlarının sayı 115, qatar tərkibinin sayı 23 olacaq.

Yeni vaqonlar məhz Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub. Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistemlər, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir.

Vaqonlar arasında birbaşa keçidlər var. Bu, sərnişin salonunun 15 faiz genişlənməsinə, nəticədə, daha çox sərnişin daşımağa, sərnişinlərin qatar boyunca rahat hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır.
 
(trend)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR

Azərbaycanda qız övladları olan ailələri dəstəkləmək və qadınların sosial həyatda iştirakını stimullaşdırmaq təklif edilir. Sfera.az-ın məlumatına görə bi...

Ziya Məmmədova ağır itki üz verdi

Keçmiş nəqliyyat naziri Ziya Məmmədova ağır itki üz verib. Sfera.az Manset.az-a istinadla xəbər verir ki, sabiq nazirin  bacısı oğlu Tahir Əfəndizadə...

DYP-dən bazar müdirinin polislər tərəfindən təzyiqə məruz qalması iddiaları ilə bağlı AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi polislər tərəfindən təzyiqə məruz qaldığını, spirtli içki qəbul etmədiyi halda bu səbəbdən saxlanıldığını iddia edən bazar müdiri ...

Azərbaycanlı alim yeni vəzifəyə təyin olundu

Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinə yeni sədr müavini seçilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ötən gün...

Ramiz Mehdiyev AMEA-nın kamera sistemini yeniləyir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi qurumun Rəyasət Heyətinin inzibati binasında kamera sisteminin yenilənməsi və turniketlərə üz tanıma...

Benzinin qiymətindəki dəyişikliyin maşın bazarına təsiri – VİDEO

Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycanda 95 və 98 oktanlı benzinin qiymətinin artması ilə müəyyən vaxtdır maşın bazarında yaşanan durğunluq da canlanma il...