Bakı metropoliteninin yeni qatarları təmir ediləcək

Bakı metropoliteninin yeni qatarları təmir ediləcək
 

"Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin nəzdində fəaliyyət göstərən "Metrovaqonmaş-Servis" Birliyi Bakı metropoliteninin 81-760.B/761.B/763.B tipli yeni nəsil qatarlarına planlı qaldırma təmiri xidmətini göstərəcək.

"Bakı Metropoliteni" QSC-dən Sfera.az-a  verilən məlumata görə, bununla əlaqədar iki müəssisə arasında müvafiq müqavilə imzalanıb.

Hər hərəkət tərkibi 5 vaqondan ibarət olmaqla, ümumilikdə 15 vaqondan ibarət 81-760.B/761.B/763.B tipli üç hərəkət tərkibi "Bakı Metropoliteni" QSC-nin sifarişi ilə 2015-ci ildə "Metrovaqonmaş" Səhmdar Cəmiyyətində istehsal olunub.

Texniki-istismar qaydalarına uyğun olaraq, bu qatarlar müəyyən məsafə qət etdikdən sonra deponun 3 saylı cari təmir sahəsində planlı qaldırma təmirinə dayandırılmalıdır. Mövcud gündəlik qaçış məsafəsi əsasında hesablamalar göstərir ki, 81-760.B/761.B/763.B tipli qatarların təmir müddəti 2020-ci ildə yetişəcək.

Bu səbəbdən nəzərdə tutulmuş təmir işləri Bakı Metropoliteninin "Nərimanov" elektrik deposunda aparılacaq.

Təmirin bu növündə vaqonların dartı mühərrikləri, güc inventorları, elektrik və elektron avadanlıqları, işıqlandırma, videomüşahidə və iqlim-nəzarət sistemləri və digər elementlərinin təmiri, eləcə də görülən işlərin yekununda sınaqları daxildir.

Bağlanılmış müqaviləyə uyğun olaraq, "Metrovaqonmaş-Servis" təmir üçün lazım olan bütün avadanlıqları əldə edərək, texnoloji proseslərin, sazlama işlərinin yerinə yetirilməsini təmin edəcək. Ən əsası, müqavilə müasir tipli vaqonların təmir edilməsini müstəqil şəkildə həyata keçirəcək yerli kadrların hazırlanmasını nəzərdə tutur. Tədris prosesinə vaqonlara keyfiyyətli müvafiq xidmətin göstərilməsi, müntəzəm təmirin aparılması və digər yoxlama-sınaq işlərinin öyrədilməsi daxildir.

"Bakı Metropoliteni" QSC ilə bağlanmış müqavilə "Metrovaqonmaş-Servis" üçün ilk beynəlxalq sınaq olacaq. Onu da əlavə edək ki, Rusiyanın metro vaqonlarının istehsalı üzrə yeganə ixtisaslaşmış müəssisəsi olan "Metrovaqonmaş" Bakı Metropoliteninin tarixən ən sıx əməkdaşlıq etdiyi müəssisələrdəndir. Hazırda metropolitendə istismar olunan 280 vaqonun hamısı məhz bu şirkətin istehsalıdır.

Ümumiyyətlə, Bakı metropolitenində son illərdə vaqonlara qulluq və xidmət göstərilməsi, həmçinin təmir bazası modernləşdirilərək ən müasir standartlar səviyyəsinə çatdırılıb. Qaldırma təmiri sexi əsaslı təmir edilərək, əl əməyini ən aşağı həddə salan avadanlıqlarla təchiz olunub. Bu xüsusda müasir tipli qatarlara xidmət bazası da yaradılmaqla sürətlə genişləndirilir.

Bundan savayı, pilot layihə kimi, vaqonların əsaslı təmiri sexi inşa olunmaqla yeni tipli vaqon təmiri müəssisəsi nümunəsi yaradılıb. Burada vaqonların korroziyadan qumla təmizlənməsi, emalı, rənglənməsi, baş vaqonların ön hissəsinin dəyişdirilməsi prosesi həyata keçirilir. Bu işlərin kulminasiya nöqtəsi əvvəlki nəsil vaqonların müasir elektron sistemlərlə təchiz edilərək modernləşdirilməsidir. "Metrovaqonmaş-Servis"lə bağlanmış müqavilə isə bu mənada yeni vaqonların təmiri və onlara xidmət bazasının genişləndirilməsi ilə bahəm, yerli kadr potensialının hazırlanmasına xüsusi töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR

Rayonlara gediş-gəliş QAYDALARI DƏYİŞDİ: Bu gündən ETİBARƏN...

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə ...

Azərbaycanda bu qadağa ləğv edildi

Sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin fəaliyyətinə bu gündən icazə ve...

400 minlik toyu ilə gündəmə gələn Aysel boşanmağından danışdı

400 min manatlıq toy etməsi ilə gündəmə gələn Aysel Şükürova həyat yoldaşı Oqtay Əhmədovdan boşanması barədə danışıb. Sfera.az xəbər verir ki, Aysel Şükürova "...

Zakir Həsənov da generalla bağlı başsağlığı verdi

 Müdafiə Nazirliyi general Çingiz Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb. Sfera.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bağsağlığında de...

Azərbaycanda COVID-19-a daha 87 nəfər yoluxdu, 2 nəfər vəfat etdi

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...

Sabahın havası açıqlandı

 Azərbaycanda avqustun 10-na olan hava proqnozu açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, şimal-qərb kü...