\"Bakı Metropoliteni\"nin sərnişindaşımadan gəliri 3 dəfə azalıb

\
"Bakı Metropoliteni" QSC ötən ili 83,54 milyon manat zərərlə başa vurub. Şirkətin açıqladığı məlumata əsasən, 2020-ci ildəki zərər 2019-cu ilə nisbətən 28,455 milyon manat və ya 51,65 faiz artıb. 

2019-cu ildə metropolitenin zərəri 55,087 milyon manat idi. 

Sfera.az şirkətin açıqladığı məlumata istinadən bildirir ki, zərərin artmasına sərnişindaşımadan gəlirlərin 3 dəfədən çox azalması səbəb olub. 2019-cu ildə sərnişindaşımadan 68,9 milyon manat gəlir əldə edən "Bakı Metropoliteni" QSC-nin gəliri ötən il 21,623 milyon manata düşüb. 

Sərnişindaşımadan gəlirin kəskin azalmasını hökumət subsidiya ilə müəyyən qədər kompensasiya edib. Amma subsidiya gəlirlərində artım sərnişindaşıma gəlirlərindəki azalmanı qismən bağlayıb. Belə ki, 2019-cu ilə nisbətən subsidiya məbləği 18,28 milyon manat artırılaraq 67,68 milyon manata çatdırılıb. Subsidiya məbləğindəki artım sərnişindaşıma gəlirlərindəki azalmadan 29 milyon manat az olub.  

2020-ci ildə metropolitenin gəlirlərinin azalmasına digər əməliyyat gəlirlərinin azalması da təsir edib. Digər əməliyyat gəlirləri 2,2 milyon manat azalaraq 3,53 milyon manata düşüb. 

Məlumatlardan aydın olur ki, ötən il metropoliten 6,63 milyon manatlıq elektrik enerjisi (2019-cu ilə nisbətən 4,6 milyon manat az), 167,6 min manatlıq qaz (4 min manat az), 4,15 milyon manatlıq su və kanalizasiya xidmətindən (sabit qalıb) istinadə edib. 

2020-ci ildə metronun işçi heyəti ilə bağlı xərcləri azalıb. 2019-cu ildə bu xərc istiqaməti üzrə 46 milyon manat xərcləndiyi halda ötən il 44,66 milyon manat xərclənib. 

Şirkətin əsas xərci amortizasiya (torpaq, tikili və avadanlıqlarla bağlı) xərcləri olub. Bu xərclər il ərzində 8 milyon manat artaraq 103,4 milyon manata yüksəlib. Digər xərclər 11 milyon manatı ötür. 

Beləliklə, 2020-ci ildə 92,836 milyon manat gəliri, 176,3 milyon manat xərci olan metropoliten nəticədə 83,5 milyon manat zərər edib. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...