No Image
No Image

“Bakı Metropoliteni”: Bu il bir sərnişini 97 qəpiyə daşıyacağıq

“Bakı Metropoliteni”: Bu il bir sərnişini 97 qəpiyə daşıyacağıq
"2021-ci il üçün Bakı metrosunda sərnişindaşıma planı gediş haqqını ödəyən sərnişinlər üçün 194,2 milyon nəfər həddində proqnozlaşdırılıb”.

Sfera.az bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Bakı Metropoliteni” QSC-dən bildirilib.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının qərarlarına əsasən, metro nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti 1 iyun 2021-ci il tarixinədək dayandırılıb. Qeyd edilən tarixdən sərnişindaşıma fəaliyyəti bərpa olunarsa, hesabat dövrü üçün gözlənilən 132,6 milyon nəfərlik sərnişindaşıma həcminə uyğun olaraq, bir sərnişinin daşınma xərcinin 0,97 manata təşkil etməsi gözlənilir”, - deyə açıqlamada qeyd edilir.

Qeyd edək ki, normal iş rejimində 1 gün ərzində Bakı metrosu 600 mindən çox sərnişin daşıyır. Tarif (Qiymət) Şurasının tənzimlədiyi qiymətlərə görə, bir sərnişinin daşınma haqqı 30 qəpikdir. Amma "Bakı Metropoliteni”nin açıqladığı rəsmi məlumata görə, bir sərnişinin daşınması quruma 2018-ci ildə 0,52 manata, 2019-cu ildə 0,51 manata, 2020-ci ildə isə 1,54 manata başa gəlib.

1967-ci ildə əsası qoyulan Bakı metrosunun hazırda xətlərinin sayı 3-ə (yaşıl, qırmızı və bənövşəyi), xətlərinin uzunluğu təxminən 40 km-ə, stansiyalarının sayı isə hələ istismar edilməyən "8 Noyabr” stansiyası da daxil olmaqla 26-ya çatır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Biləsuvar xəstəxanasının direktoru işdən çıxarıldı - Yeni təyinat

Biləsuvar rayon Mərkəzi Xəstəxanasının direktoru Xoşbəxt Ağayeva işdən çıxarılıb. Sfera.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ra...

Nazirlikdən “WhatsApp” və “Instagram”la bağlı AÇIQLAMA

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün "WhatsApp", "Instagram" kimi beynəlxalq platformalara daxilolmada yaranan problemlə bağlı məlumat ya...

Səməd Seyidov məşhur iş adamıyla quda oldu: "Toy etməmişik"

"Bir sıra saytlarda məlumat gedib ki, mən oğluma toy eləmişəm, bu, doğru deyil." Bunu Milli Məclisin deputatı Səməd Seyidov bildirib. O daha sonra yayılan...

Bərbər və gözəllik salonlarına onlayn növbə ilə gedəcəyik

Bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq olunacaq. Sfera.az xəbər verir ki, bu barədə "Müxtəlif ticarət və xidmət sahələrində, of...

“Zevs” kimi tanınan yutuber həbs edildi - VİDEO

Görüşə çağırdığı izləyicisini döyən və bunu lentə alaraq yutub kanalında paylaşan "Zevs” kimi tanınan yutuber Ruslan Quliyev saxlanılıb. Sfera.az xəbər ve...

İş adamının "Range Rover"lə 4 nəfəri öldürən kürəkəni haqda YENİ İDDİALAR

Bakıda 4 nəfərin ölümünə səbəb olan "Range-Rover”in sürücüsü Elşad Kərbalayevlə bağlı yeni məlumatlar əldə etmişik. Sfera.az  "Musavat.com”a istinadə...