Bakı limanı gücləndirilmiş iş rejimində işləyəcək
16:20 / 29.12.2019
1485
Bayram günlərində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bakı Dəniz Limanından Sfera.az-a verilən məlumata görə, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı Limanının xidmətlərindən istifadə edən həm ağır yük sahibi TIR sürücülərinin, həm də sərnişinlərin sürətli keçidinin təmin edilməsi məqsədilə Ro-Ro və sərnişin terminalları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.