Bakı funikulyoru pullu oldu

Bakı funikulyoru pullu oldu

9 aylıq fasilədən sonra Bakı funikulyoru fəaliyyətini bərpa edib.

Sfera.az xəbər verir ki, Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov istipress-ə açıqlamasında bildirib ki, keçən müddət ərzində funikulyorun həm binasında, həm də qatarların hərəkət etdiyi yolda yeniləmə işləri həyata keçirilib. Relslər və digər qurğular yenilənib.

Funikulyor yenidən fəaliyyətə pullu olaraq başlayıb. Ondan istifadə paytaxt sakinləri və qonaqlara 50 qəpiyə başa gələcək.

Qeyd edək ki, Bakı funikulyoru 4 ildir ödənişsiz fəaliyyət göstərirdi. 2012-ci ildə yeni sistemin quraşdırılmasından sonra xidmətdən istifadə pulsuz idi. Yeni sistem quraşdırılmamışdan əvvəl isə xidmətin qiyməti 20 qəpik olub.


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...