Bakı bulvarına getmək istəyənlər bunları bilməlidir - RƏSMİ

Bakı bulvarına getmək istəyənlər bunları bilməlidir - RƏSMİ
 

18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb.

Bakının ən böyük parkı olan Milli Park karantin qaydalarının yumşalmasından sonra necə faəliyyət göstərəcək?

Sfera.az  xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib ki, bulvar bu gündən etibarən artıq sakinlərin ixtiyarındadır:

"Vətəndaşlar müəyyən şərtlər daxilində hər hansı məhdudiyyət olmadan bulvara gələ bilərlər. İnsanlar Operativ Qərargahın tətbiq etdiyi rəsmi qaydalara uyğun olaraq asudə vaxtlarını burada keçirə bilərlər.

Qaydalarda deyilir ki, mütləq 1.5 metr sosial məsafə gözlənilməlidir və 10 nəfərdan artıq insanın bir yerdə gəzməsi qadağandır.

Əlavə olaraq xüsusi karantin dövrü başlayandan bulvar ərazisində məlumatlandırıcı lövhələr, xəbərdaredici nişanlar qoyulub və yenə də bulvar daxilində saxlanılacaq.

Skamyaların üzərində məsafənin qorunması ilə bağlı xəbərdaredici nişanlar olacaq”.

G.Yelmarqızı bulvar ərazisində fəaliyyət göstərən kafe və restoranlar, eləcə attraksionlar barədə də məlumat verib:

"Operativ Qərargahın xüsusi təlimatlarına uyğun qaydalara əməl etmək şərti ilə, ərazidəki kafe və restoranlar saat 8-dən axşam saat 18-ə kimi fəaliyyət göstərəcək.

Attraksionlar, uşaq əyləncə mərkəzləri, qatarlar, idman qurğuları və gəmi səyahətinə hələ də qadağalar qüvvədədir.

Ümumi qoyulmuş qaydalara nəzarət Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aparılacaq”.


OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...