Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik olunmayıb

Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik olunmayıb
Martın 14-ü saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib Bakıya qayıdır.
Sfera.az bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı qatarına alınmış biletlər üçün ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq.

OXŞAR XƏBƏRLƏR