Bakı birjasında ticarət əməliyyatları kəskin artdı

Bakı birjasında ticarət əməliyyatları kəskin artdı
Bu il Bakı Fond Birjasında (BFB) aktivlikdə ciddi artım baş verib. 

Sfera.az BFB-yə istinadən xəbər verir ki, ilin ilk 9 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11,95 milyard  manat olub. Ötən ilin ilk 9 ayının nəticələri ilə müqayisədə birjada ümumi ticarət həcmində 39%, ilkin bazar üzrə ticarət həcmində 6%, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 10%, repo əməliyyatları üzrə isə 292% böyümə qeydə alınıb.
 
2021-ci ilin sentyabr ayının son ticarət günü üzrə BFB-nin kapitalizasiyası ilin əvvəlinə nisbətən 10% artaraq 4,29 milyard manat təşkil edib. 

Bazar əməliyyatlarının ən çox hissəsi dövlət qiymətli kağızlar üzrə əməliyyatlardan ibarət olub. Dövlət qiymətli kağızları üzrə əməliyyatların əsas hissəsi Mərkəzi Bankın qiymətli kağızları ilə bağlı olub. Burada 6,2 milyard manatlıq əqdin 4 milyard manatı Mərkəzi Bankın apardığı əməliyyatlardır. Maliyyə Nazirliyinin dövlət istiqrazlarının əməliyyat dəyəri isə 1,32 milyard manat təşkil edib. 
Bu il repo (Mərkəzi Bank (və ya bir kommersiya bankı) tərəfindən qiymətli kağızların digər banka sonradan geri almaq şərti ilə satışıdır) əməliyyatları da xeyli artıb. Repo əməliyyatlarının dəyəri 5,411 milyard manat təşkil edib. Bu əməliyyatların 5,14 milyard manatı dövlət istiqrazları ilə bağlı olub. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...