Bakı-Astara yolunda iki avtomobil toqquşub, xəsarət alan var
20:15 / 22.09.2020
1993
Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Mirövsət Əlövsət oğlu Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alib. Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin çoxsaylı kəsikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.