“Bakı-Ankara-İslamabad birliyinə qarşı İrəvan-Tehran-Dehli birliyi qurulur” – Şərh
16:07 / 14.10.2021
979
"Hindistan Ermənistanı
dəstəkləyir. Bu heç kəsə sirr deyil. Rəsmi Dehlinin İrəvanın dəstəkləməsinin
səbəbi heç də Azərbaycanla düşmənçiliyi deyil. Pakistan-Azərbaycan
münasibətlərinin gün-gündən inkişaf etməsi, strateji tərəfdaşlıq səviyyəsinə
qalxması öz növbəsində rəsmi Dehlini də İrəvana yaxınlaşdırır”.
Bu sözləri Sfera.az-a
politoloq Samir Hümbətov Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar
Ermənistana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə,
Hindistan-Azərbaycan əlaqələri hazırkı dövrdə heç də pis deyil:
"Azərbaycanın 2020-ci
il dövlət büdcəsinə görə, Hindistanla ticarət dövriyyəmiz illik bir milyard
manata yaxındır. Hindistan Azərbaycandan neft məhsulları alan ölkədir. Yəni
Hindistanla Azərbaycan arasında konkret gərginlik, yaxud anlaşmazlıq yoxdur. Rəsmi Dehli Pakistan
faktoruna görə Ermənistanla münasibətləri daha da yaxşılaşdırır. Bu mənada
Hindistan xarici işlər nazirinin Ermənistanda verdiyi bəyanatların siyasi yükü
yoxdur. Əminəm ki, rəsmi Dehli bununla sadəcə ermənilərin könlünü xoş etməyə
çalışır. Düzdür, bu Hindistanı büsbütün təmizdə olduğu mənasına gəlmir. Çünki
Ermənistanla Hindistan arasında silah dövriyyəsi də var. Hətta 44 günlük
müharibə zamanı Hindistan Ermənistana silah satan ölkələr sırasında idi. Bundan
başqa, işğal dövründə Hindistanın qızıl şirkətləri qanunsuz şəkildə Azərbaycan
torpaqlarında fəaliyyət göstərirdi. Rəsmi Bakı məsələ ilə bağlı Hindistana,
hətta nota da təqdim edib”.
Politoloqun sözlərinə görə,
Hindistan xarici işlər nazirinin Ermənistana səfərinin əsas səbəbi Pakistanın
regionda nüfuzunun azaldılmasıdır:
Turan Rzayev