Bakı Aİ ilə münasibətdə siyasətini dəyişəcək - Açıqlama

Bakı  Aİ ilə münasibətdə siyasətini dəyişəcək - Açıqlama
"Aİ ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın yaxınlarda Gürcüstan və Azərbaycana planlaşdırılan səfərinin məqsədlərini dəyərləndirərkən politoloq Nəsimi Məmmədli deyib.
 
Həmsöhbətimiz qeyd edib ki, Qarabağ probleminin mövcudluğu dövründə Bakı qonşularından fərqli olaraq Aİ ilə əməkdaşlıqda tələskənliyə yol  vermirdi:
 
"Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin təməli 1996-cı ildə qurulub. Cənubi Qafqaz ölkələrindən 2014-cü ildə Gürcüstan, 2017-ci ildə isə  Ermənistan Aİ ilə assosiativ saziş imzaladı. Bu baxımdan Cənubi Qafqazda Aİ-nin Tiflis və İrəvanla münasibətləri bir başqa formada, Bakı ilə münasibəti isə bir qədər fərqli müstəvidə dəyərləndirilməlidir.  Azərbaycan  bu istiqamətdə Aİ ilə əməkdaşlığa çox da tələsmir. Bunun da kökündə dayanan ən ciddi amil Qarabağ problemi idi. Münaqişənin davam etdiyi dövrdə Azərbaycan Aİ ilə onun problemin həllinə bu və ya digər şəkildə töhfə verəcəyi təqdirdə əməkdaşlığı dərinləşdirə biləcəyi yanaşmasını ortaya qoyurdu. İndi isə Qarabağ problemi əsasən həll olunub.  Burada ölkəmiz üçün əngəl olaraq qarşımızda duran ciddi məsələlərdən biri də  Rusiyanın özünün üzləşdiyi sanksiyalarla bağlıdır”. 
 
N.Məmmədli hesab edir ki, 44 günlük müharibədən sonra yaranmış  yeni situasiyada isə Aİ ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq:
 
"Əlbəttə, Toyvo Klaarın səfərindən xüsusi bir yenilik gözləmirəm. Onun bu səfəri dediyim istiqamətdə hansısa bir irəliləyişə gətirib çıxarmayacaq. Amma görünən odur ki, artıq Azərbaycan da Aİ ilə  əməkdaşlığın yeni mərhələsində maraqlıdır. Çünki Dağlıq Qarabağda Rusiyanın mövcudluğu, burada möhkəmlənmək istəyi kontekstində Ermənistan Moskvadan uzaqlaşmaq istiqamətində ardıcıl və sistemli addımlar atır.  Belə olan halda İrəvan geniş Avropa bazarı və siyasi məkanına doğru ciddi inteqrasiyaya gedərsə, bu bölgədə ölkəmiz üçün arzuolunmaz nəticələr doğura bilər.  Ona görə yəqin ki, Bakı da Aİ ilə münasibətlərdə siyasətini dəyişəcək”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...