Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir
 
Bakcell şirkəti 2019-cu il ərzində həyata keçirdiyi korporativ sosial məsuliyyət fəaliyyətinə görə
"Milli KSM Mükafatı 2019″ mükafatına layiq görülüb.
"Bakcell”in 2010-cu ildən başlayaraq "Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə
həyata keçirdiyi "İncəsənət vasitəsilə ünsiyyət” layihəsi "Milli KSM Mükafatı 2019″ ilə təltif
olunub.
Korporativ sosial məsuliyyət (KSM) layihələrinin təşviqi üzrə dövlət siyasətinin və Heydər Əliyev
Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq Qadın Sahibkarlığının İnkişafı
Assosiasiyası və PROAKTİV PR Agentliyi tərəfindən təşkil olunan "Milli KSM Mükafatı 2019”
müsabiqəsinə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və milli şirkətlər son bir il ərzində
həyata keçirdiyi KSM layihələrini təqdim edib. Müsabiqəyə təqdim olunan layihələr BMT-nin Baş
Assambleyası tərəfindən qəbul edilən Davamlı İnkişaf Məqsədləri əsasında müvafiq komissiya
tərəfindən qiymətləndirilib.
Qeyd edək ki, Münsiflər Heyətində İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil,
Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "ASAN xidmət”, "ABAD”, Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası, Gənclər Təşkilatları Milli Şurası, KSM Türkiyə və "CSR
Azerbaijan” təşkilatları təmsil olunub. Nəticədə, müsabiqədə iştirak edən 34 layihədən 7 layihə
qalib elan edilib.
"Qürurla demək istərdim ki, Bakcell şirkətinin həyata keçirdiyi korporativ sosial məsuliyyət
proqramı ölkəmizdə ilk və ən uzunömürlü KSM layihələrindən biridir. Təməli 2009-cu ildə
qoyulmuş "Bakcell Stars” KSM proqramı çərçivəsində həyata keçirilən layihələr bu günə qədər
minlərlə insanı əhatə edib. "Milli KSM mükafatı 2019” mükafatına layiq görülən "İncəsənət
vasitəsilə ünsiyyət” layihəsinin artıq 10 yaşı var. Bu layihənin xüsusi qayğıya ehtiyacı olan
uşaqların cəmiyyətə inteqrasiya olunmasında böyük rolu var”, deyə Bakcell şirkətinin PR və
Korporativ Kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova bildirib.
Bakcell şirkətinin dəstəyi ilə davamlı şəkildə həyata keçirilən bu layihə, xüsusi qayğıya ehtiyacı
olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili
və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlib. Bu müddət ərzində
"UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil
edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib.
Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və
əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin
edilməsinə kömək edir.
Onu da qeyd edək ki, Bakcell ardıcıl olaraq iki ildir ki Milli KSM Mükafatının qalibi olur. Ötən il
"Bakcell”in SOS Uşaq Kəndləri – Azərbaycan Assosiasiyası ilə birlikdə həyata keçirdiyi "Öz
biznesinə başla və təkmilləşdir” layihəsi "Milli KSM Mükafatı 2018″ ilə təltif olunub.

OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...