Bahar Muradova: "YAP-ın qərarını gözləyirik"

Bahar Muradova:
 "Milli Məclisin buraxılması ilə bağlı YAP-ın Siyasi Şurasının artıq məlum qərarı var".

Sfera.az xəbər verir ki,bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, artıq Konstitusiya Məhkəməsinin MM-in buraxılmasının hüquqi əsaslarını şərh edən sənəd, Azərbaycan Prezidentinin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncamı var:

"Artıq bütün hüquqi prosedurlar keçirilib. Bundan sonra Seçki Məcəlləsinin müddəaları işə düşəcək. Yeni Azərbaycan Partiyası da daxil olmaqla bütün siyasi partiyalar, özünü bu seçkilərdə sınamaq istəyən hər bir kəs Seçki Məcəlləsinin müddəalarına uyğun şəkildə fəaliyyətini qurmalıdır. Biz hər zaman olduğu kimi, bu seçkilərə də hazırıq, iştirak edəcəyik. Qalib gələcəyimizə çox böyük inamımız var. İnamımızı şərtləndirən əsas cəhət də bizim partiyanın qurucusu Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti davam etdirən Prezidentin və YAP sədrinin İlham Əliyev olması, sıralarında Azərbaycanın ən tanınmış şəxslərin olduğu YAP üzvlərinin çoxluğu, onların partiyaya olan münasibətidir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ən yüksək səviyyədə təmsil olunacaq və qələbə yenə də bizim olacaq".

B.Muradova bildirib ki, majoritar seçki olsa da, hansı partiyadan hansı namizədin olacağını siyasi partiyalar müəyyənləşdirir:

"Ona görə də YAP-ın seçkilərdə hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik. Bu qərar necə olacaqsa, onun icrasına bütün partiya üzvləri qoşulacaq. Bu qərarın elan edilməsi üçün müəyyən vaxt çərçivəsi var. Biz həmin vaxt çərçivəsində qərarımızı elan edəcəyik".

OXŞAR XƏBƏRLƏR

“Döşəyinin altından rahatlıqla 100 min çıxarıb verirsə...” – KİVDF işi ilə bağlı SON DURUM

"Bir adam ki xəbər çıxan kimi rahatlıqla döşəyin altından, sandıqdan 100 min manat çıxarıb ödəyirsə, bu həmin pulun oğurluq pul olduğunu göstərir” Sfera...

Azərbaycanda bank rəhbəri koronavirusdan öldü

"Azərbaycan Sənaye Bankı" ASC-nin (ASB) İdarə Heyətinin Sədri Doğan Tandoğan dünyasını dəyişib. Sfera.az-ın məlumatına görə, onun ölümünə səbəb koronaviru...

SMS-icazədən istifadə edənlərin diqqətinə: daha bir dəyişiklik

SMS icazə qaydalarına daha bir dəyişiklik edilib. Sfera.az xəbər verir ki, bu haqda "Asan Xidmət”in mətbuat katibi Elnur Niftəliyev məlumat verib. O, ...

“30 min verib qızımın meyitini xəstəxanadan təhvil aldım” - Video

Bakıda xərçəng xəstəliyindən əziyyət çəkən Təbəssüm Məmmədova 18 gün əvvəl yerləşdirildiyi "Bona Dea Beynəlxalq Hospitalı"nda ağciyər çatışmazlığından vəfat edi...

İcra başçısının oğlunun dəbdəbəli toy karvanı - VİDEO

 Ölkədə korrupsiya ilə məşğul olan icra başçılarının həbsi gündəmdə olduğu bir vaxtda Göyçay rayonunun icra başçısı oğlunun toyu ilə xəbərə çevrilib. Ra...

Ağstafada məmur həbsləri davam edir: BAŞ HƏKİM DƏ QANDALLANDI

Bu gün Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyevanın saxlanıldığı barədə xəbərlər yayılıb. Sfera.az xəbər verir ki, onun icra başçısı Niz...