Bahar Muradova:\" Hər zamankı kimi AzTV-ni seçdim...\"

Bahar Muradova:\
Milli Məclisin sədr müavini, millət vəkili Bahar Muradova Facebook sosial şəbəkəsindəki profilində Azərbaycan Televiziyası ilə bağlı fikirlərini bölüşüb:

"Bu gün işə lap erkən gəlmişdim. Saat 8-i təzəcə keçmişdi. İlk olaraq televizoru yandırdım. Hər zamankı kimi AzTV-ni seçdim. Əvvəl mənə elə gəldi ki, hansısa başqa bir kanaldır. Amma tanış üzləri və səsləri gördükdən sonra anladım ki, səhv etməmişəm, bu doğrudan da bizim doğma kanalımızdır. Tamamilə yenilənmiş səhər studiyasındakı müasir dizayn, musiqi tərtibatı, aparıcıların əhval-ruhiyyəsi, geyimi, davranışı, rənglər bir sözlə, hər şey göz oxşayırdı. Qonaqla söhbət üçün seçilmiş mövzu da aktual idi. 15 may beynəlxalq "Ailə günü"nə həsr olunmuş müzakirələri sonadək izlədim.

Ardınca "Gün başladı" proqramı diqqətimi çəkdi. Hər zaman görmək istədiyim və insan əhvalına gözəl təsir edən bir rəngarənglik var idi. Məncə, hər şey günə yaxşı başlamaq üçün gözəl düşünülmüş və əla yerinə yetirilməkdə idi.

Sözün doğrusu, çox sevindim. Hər zaman ekran və efir məkanımız üçün örnək, yeni media quruluşlarımız üçünsə əsil məktəb rolunu oynayan ana televiziyamızın mahiyyətinə uyğun yeni və müasir forma kəsb etməsinə ürəkdən şad oldum. Ölkəmizin inkişaf ahənginə daha dinamik şəkildə qoşulan, getdikcə daha baxımlı, məzmunlu verilişlərlə tamaşacıların zövqünü və tələbatını ödəmək imkanlarını genişləndirən, eyni zamanda milli adət və dəyərlərimizə sadiqliyi ilə seçilən, ailəvi olaraq rahat izlədiyimiz doğma kanalımızı, onun yaradıcı kollektivini bu nəzərəçarpan uğurlarına görə alqışlayır, daha kreativ, yeniliklərə daha açıq olmalarını arzulayıram".

OXŞAR XƏBƏRLƏR

Türkiyə HƏMAS-la danışıqlar APARACAQ

Türkiyə Qəzza zolağı ilə bağlı məsələnin nizamlanması üçün səylərini artırır və bu məqsədlə ölkənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər edəcək. &nbs...

Şüvəlanda yol qəzası - xəsarət alanlar var

  Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şüvəlan qəsəb...

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU GÜN SAAT 11:00-DAN...

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsi...

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...